Bakı. Trend:
Ölkə ərazisində, əsasən dağlıq və dağətəyi bölgələrdə müşahidəolunan qeyri-sabit hava şəraiti ilə əlaqədar olaraq polisəməkdaşları tərəfindən ötən gündən başlayaraq zəruri tədbirlərgörülür, fasiləsiz xidmət davam etdirilir.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən Trend-ə verilən məlumatagörə, ölkəboyu şəhər və rayonlarda, həmçinin avtomobil yollarındagücləndirilmiş rejimdə xidmət təşkil olunub. Polis əməkdaşlarıtərəfindən işğaldan azad olunmuş ərazilərdə də təhlükəsizliyintəmin edilməsi məqsədilə müvafiq tədbirlər davam etdirilir.
Gecə saatlarından etibarən təşkil olunan fasiləsiz xidmət zamanıdigər dövlət qurumları ilə birgə yollar və yol nişanları qardan vəbuzdan təmizlənir, sürüşmə ehtimalı olan ərazilərə qum və duzsəpilir.
Görülən tədbirlər nəticəsində sürücü və piyadaların mənzilbaşına təhlükəsiz şəraitdə çatması təmin edilir.
Mövcud hava şəraiti ilə əlaqədar daxil olan çağırışlara çevikreaksiyalar verilir, vətəndaşlara zəruri köməkliklərgöstərilir.
Bu istiqamətdə tədbirlər fasiləsiz olaraq davam etdirilir.