RU

"Məncə, çempion olacağıq, hər şey Allahın əlindədir”

"Bizim üçün yaxşı oyun alındı.

Qış çempionu olmaq üçün əlimizdə yaxşı fürsət var idi."

Sportinfo.az xəbər verir ki, bunu "Sabah"ın legioneri Umarali Raxmonaliyev Premyer Liqanın XVI turunda "Sumqayıt"ı səfərdə 3:1 hesabı ilə məğlub etdikləri oyun haqda deyib.

Masazır təmsilçisi 16 turdan sonra 37 xalla turnir cədvəlinin vahid lideridir. Özbəkistanlı yarımmüdadafiəçi iddialı danışıb:

"Məncə, mövsümün sonunda çempion olacağıq. Amma hər şey Allahın əlindədir.

Az danışıb, çox işləmək lazımdır. Arzum Azərbaycan çempionu olmaq və "Sabah"la Çempionlar Liqasında çıxış etməkdir.

Həmçinin burada titul qazanaraq, Özbəkistan millisinə çağırılmağı hədəfləyirəm.

Yığma komandamla birgə dünya çempionatında iştirak etmək istəyirəm".

Избранный
56
sportinfo.az

1Источники