RU

Starmer Əbdül Fəttaha görə Misir Prezidentiinə təşəkkür edib

Misir Prezidenti əl-Sisi tərəfindən əfv edildikdən sonra həbsdən azad edilən misirli siyasi fəal Əbdül Fəttah əfv edildikdən üç ay sonra Londona qayıdıb.

"Ölkə.az" xəbər verir ki, bu barədə Britaniya Baş naziri Kirr Starmer məlumat verib.

Starmer Fəttahın qayıdışını alqışlayıb, onun azadlığa buraxılmasını "hökumətinin əsas prioritetlərindən biri" adlandırıb və qərara görə Misir liderinə təşəkkür edib. Baş nazirin sözlərinə görə, siyasi fəal uzun illər həbsdə qaldıqdan sonra ailəsinə qovuşub.

Britaniya vətəndaşı, proqramçı, yazıçı və fəal olan Əbdül Fəttah 2014-cü ildən bəri etirazlarda iştirak etdiyinə və hökuməti tənqid etdiyinə görə dəfələrlə məhkəməyə verilib. 2021-ci ildə o, "yalan xəbər yaymaq" və "terrorçu qrupla əlaqə" ittihamları ilə 5 il həbs cəzasına məhkum edilib.

Elvin

Ölkə.az

Избранный
87
1
olke.az

2Источники