RU

Sabiq nazirlərlə bağlı qərar verildi

Elm və Təhsil Nazirliyinin tabeliyindəki elmi müəssisələrin fəaliyyəti optimallaşdırılılması məqsədi ilə bir sıra elmi institutlar birləşdirilərək yeni publik hüquqi şəxslər yaradılıb.

Bununla bağlı Baş nazir Əli Əsədov qərar imzalayıb. Qərara əsasən, İdarəetmə Sistemləri və Riyaziyyat və Mexanika institutlarının bazasında Riyaziyyat İnstitutu yaradılıb.

Bu barədə “Editor.az” özəl mənbələrə istinadən məlumat verib.

Məlumatda bildirilir ki, yeni yaradılan publik hüquqi şəxsə artıq yeni direktor əvəzi təyin edilib. Bu texnika elmləri doktoru əvəzi Elxan Səbziyevdir.

Bu qərarla keçmiş təhsil naziri, Riyaziyyat və Mexanika institutunun direktoru, tez-tez qalmaqallı açıqlamaları ilə medianın gündəminə gələn Misir Mərdanov vəzifəsini itirib.

Onunla yanaşı, keçmiş rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov da vəzifə ilə vidalaşıb. Texnika elmləri doktoru, professor Əli Abbasov  İdarəetmə Sistemləri İnstitutunun baş direktoru işləyirdi.

Избранный
41
14
news365.az

6Источники