RU

Le Monde: Ukraynada axtarışlar Zelenskinin ABŞ a səfərindən dərhal sonra aparılıb

ain.az bildirir, Sherg.az saytına əsaslanaraq.

Ukraynada Ali Radanın bir qrup deputatının ifşa olunması ilə bağlı yeni korrupsiya qalmaqalı prezident Vladimir Zelenskinin ABŞ-a danışıqlar üçün səfərindən dərhal sonra baş verib.

Sherg.az xəbər verir ki, bu barədə Fransanın Le Monde qəzeti məlumat yayıb.

Nəşrin yazdığına görə, Ukraynanın Milli Antikorrupsiya Bürosu (NABU) dekabrın 27-də bir neçə deputatı korrupsiyada ittiham edib. Qurum istintaq tədbirlərinin Zelenskinin Floridaya yola düşməsindən dərhal sonra həyata keçirildiyini bildirib.

Məlumata əsasən, istintaq çərçivəsində Ali Radanın nəqliyyat məsələləri üzrə komitəsinin binasında axtarışlar aparılıb. Deputat Aleksey Qonçarenkonun sözlərinə görə, NABU əməkdaşlarının komitə sədri Yuriy Kisellə bağlı sualları yaranıb. Qeyd olunur ki, Kisel prezident Zelenskinin və “Kvartal 95” şirkətinin həmtəsisçisi Sergey Şefirin yaxın dostudur.

“Strana” nəşri isə axtarışların Zelenskinin “Kvartal 95” studiyasında birgə çalışdığı dövrdən tanışı olan deputat Yuriy Koryavçenkonun da ünvanında aparıldığını yazır.

Qeyd edək ki, Vladimir Zelenski əvvəlcə Kanadaya, daha sonra isə Ukraynadakı vəziyyətin nizamlanmasını müzakirə etmək üçün ABŞ prezidenti Donald Trampla görüş məqsədilə ABŞ-a səfər edib.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Избранный
22
sherg.az

1Источники