"Qarabağ" və "Botafoqo" klubları Pedro Bikalyonun keçidi üçün razılığa gələ bilməyib.
Offsideplus.az xəbər verir ki, Braziliya klubu 24 yaşlı yarımmüdafiəçi üçün iki təklif göndərsə də, danışıqlar uğursuz alınıb.
Bu barədə ESPN məlumat yayıb.
"Botafoqo" sabiq "Qarabağ"lı Julio Romaonun da transferindən vaz keçib.
Qeyd edək ki, Bikalyo bu ilin yayında Ağdam təmsilçisinə qoşulub. O, cari mövsüm 28 oyunda meydanda olub və 2 məhsuldar ötürmə edib.