İtaliya və ABŞ-da “Milan”ın hücumçusu Kristian Pulişiç ilə məşhur aktrisa Sidney Suinin münasibətləri barədə yayılan şayiələr geniş müzakirə olunur.
Publika.az xəbər verir ki, bu məlumat sosial şəbəkələrdə yayıldıqdan sonra sürətlə viral hal alıb, lakin hələlik rəsmi təsdiq yoxdur.
İtalyan mənbələrinin bildirdiyinə görə, şayiə “DNA Bomber” adlı “Instagram” səhifəsində ortaya çıxıb və istifadəçilər arasında geniş reaksiyaya səbəb olub, çoxsaylı şərhlər və memlər yaradılıb. İtaliyada xəbər böyük həvəslə qarşılanıb, ABŞ-da isə daha ehtiyatlı münasibət göstərilib.
Məlumatda qeyd olunur ki, hər iki şəxs ehtimal ki, artıq münasibətdədir. 2024-cü ildə Pulişiç qolfçu Aleksa Melton ilə görüşməyə başlayıb. Onların son birgə şəkli iyun ayına aiddir. Sidney Suini isə əvvəlcə Jonathan Davino ilə ayrılıb və noyabrın əvvəllərinə qədər iş adamı Skuter Braunla əlaqələndirilirdi.