RU

Qəzzada İsrailin atəşkəsin 969 dəfə pozması qeydə alınıb

Bakı. Trend:

Qəzza zolağında İsrail tərəfindən 10 oktyabr 2025-ci iltarixində qüvvəyə minən atəşkəs rejiminin 969 pozulması qeydəalınıb.

Trend-in məlumatına görə, bu barədə Qəzza zolağı hakimiyyətininmətbuat xidməti "Telegram" kanalında yazıb.

Məlumata əsasən, bu dövrdə Qəzza hakimiyyəti İsrail tərəfindən"sazişin 969 dəfə pozulmasını" qeydə alıb. Bunlardan 455-i hava vəartilleriya zərbələri, 298-i Fələstin mülki şəxslərinə və onlarınevlərinə atəş açma, eləcə də yaşayış binalarına və inzibatibinalara ziyan dəyməsi və ya dağıdılması, İsrail hərbi texnikasınınsektorun müxtəlif ərazilərinə daxil olması ilə müşayiət olunandigər hadisələrdir.

Bu hadisələr nəticəsində 418 fələstinlinin öldüyü, 1140-dan çoxinsanın isə yaralandığı bildirilib.

Избранный
75
17
az.trend.az

10Источники