RU

"Qalatasaray" və "Fənərbaxça" onu hədəfə aldı

style='margin-bottom:10px;'>

Türkiyənin iki nəhəng klubu olan "Qalatasaray" və "Fənərbaxça" "Milan"ın hücumçusunu hədəfə alıb.

QOL.az xəbər verir ki, bu barədə "Tuttosport" məlumat yayıb. Bildirilir ki, "Milan" klubu hücumçusu Kristofer Nkunku ilə yollarını ayırmağa hazırlaşır. Böyük məbləğ qarşılığında transfer edilən, lakin "rossonerilər"in heyətində gözləntiləri doğrultmayan fransalı futbolçu ilə Türkiyə klublarının maraqlanması İtaliya təmsilçisinin işlərini asanlaşdırıb.

Məlumata görə, hər iki klubun nümayəndələri transferin detallarını öyrənmək üçün oyunçunun meneceri ilə əlaqə saxlayıblar.

Qeyd edək ki, "Milan" bu keçidə maraqlı olsa da, klub rəhbərliyi Nkunku üçün vaxtilə ödədiyi məbləği, yəni 35 milyon avronu tələb edir və qiymətdə güzəştə getməyi planlaşdırmır. İtaliya mətbuatı bu məbləğin Türkiyə təmsilçiləri üçün çətinlik yarada biləcəyini vurğulayıb.

Избранный
41
1
teleqraf.com

2Источники