RU

Litvada güclü külək səbəbindən 7 mindən çox sakin işıqsız qalıb

BAKI, TurkicWorld, Abdulvahhab Ələskərov

Qəzza zolağında İsrail tərəfindən 10 oktyabr 2025-ci il tarixində qüvvəyə minən atəşkəs rejiminin 969 pozulması qeydə alınıb.

TurkicWorld-un məlumatına görə, bu barədə Qəzza zolağı hakimiyyətinin mətbuat xidməti "Telegram" kanalında yazıb.

Məlumata əsasən, bu dövrdə Qəzza hakimiyyəti İsrail tərəfindən "sazişin 969 dəfə pozulmasını" qeydə alıb. Bunlardan 455-i hava və artilleriya zərbələri, 298-i Fələstin mülki şəxslərinə və onların evlərinə atəş açma, eləcə də yaşayış binalarına və inzibati binalara ziyan dəyməsi və ya dağıdılması, İsrail hərbi texnikasının sektorun müxtəlif ərazilərinə daxil olması ilə müşayiət olunan digər hadisələrdir.

Bu hadisələr nəticəsində 418 fələstinlinin öldüyü, 1140-dan çox insanın isə yaralandığı bildirilib.

Избранный
23
turkic.world

1Источники