RU

2-ci Liqanın lideri neçə transfer edəcək? - AÇIQLAMA

2-ci Liqanın lideri "Qaradağ Lökbatan" bu qış heyətini gücləndirməkdə qərarlıdır.

Qəsəbə təmsilçisinin baş məşqçisi Qəzənfər Abbasovun Fanat.Az-a verdiyi məlumata görə, komandaya bir neçə yeni futbolçu qoşulacaq:

"Üç-dörd oyunçu ilə danışmışıq. Amma hələ müqavilə bağlamamışıq. Adlarını transferləri reallaşandan sonra açıqlamaq daha düzgün olar".

Qeyd edək ki, "Qaradağ Lökbatan" 14 tura 39 xal toplayıb. Abbasovun komandası eyni xala malik "Xankəndi"ni top fərqinə görə qabaqlayır.

Nihat

Избранный
34
22
fanat.az

10Источники