RU

Qvardiola operatorun yolunu kəsməsinə reaksiya verdi

“Mançester Siti”nin baş məşqçisi Xosep Qvardiola İngiltərə Premyer Liqasının 18-ci turu çərçivəsində səfərdə “Nottingem Forest” üzərində qazanılan qələbədən (2:1) sonra televiziya operatorunun davranışından narazı qalıb.

90deqiqe.Az xəbər verir ki, ispaniyalı mütəxəssis azarkeşlərə yaxınlaşmaq istəyərkən stadionda kamera ilə hərəkət edən əməkdaş onun yolunu kəsib. “Siti Qraund” arenasında baş verən epizod zamanı Qvardiola operatorun hərəkətlərinə emosional reaksiya verib. O, gözlərini yuxarı çevirərək əlini operatora tərəf uzadıb və daha sonra hər iki əlini sərt şəkildə yelləyərək Sky Sports əməkdaşının kənara çəkilib yol açmasını tələb edib. Operator yerini dəyişdikdən sonra Qvardiola qonaq sektoruna yaxınlaşıb və qələbəni azarkeşlərlə birlikdə qeyd edib.

Qeyd edək ki, 18 turdan sonra Xosep Qvardiolanın komandası APL turnir cədvəlində 40 xalla ikinci pillədə qərarlaşıb. Turnirə 42 xalla “Arsenal” klubu liderlik edir.

Избранный
18
90deqiqe.az

1Источники