Belarus prezidenti Aleksandr Lukaşenko xokkey matçı zamanı güclü zərbə alıb.
Publika.az xəbər verir ki, bir gün əvvəl Lukaşenkonun komandası Brest vilayətinin komandası ilə qarşılaşıb. Matç 5-5 hesabı ilə başa çatıb.
Epizodların birində 71 yaşlı Lukaşenko öz komanda yoldaşı tərəfindən arxadan vurularaq yıxılıb. O, bir müddət buz üzərində qalıb.
Məlumata görə, Lukaşenkonu yıxan Belarus millisinin sabiq xokkeyçisi Yaroslav Çupris olub.