RU

Braziliyada reklam təyyarəsi dənizə düşüb

Ayna saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

Hadisə nəticəsində pilot həlak olub

Reklam planerinin pilotu Braziliyadakı çimərlikdə təyyarə dənizə düşərkən həlak olub. Onun cəsədi xilasedicilər tərəfindən tapılıb. AYNA.AZ xəbər verir ki, bu barədə “G1” portalı reklam agentliyinin açıqlamasına istinadən məlumat yayıb.

Məlumatda deyilir: ““Visual Propaganda Agency Area” faciəli təyyarə qəzasında həlak olan pilot Luis Rikardo Leite de Amorimin ölümü ilə bağlı dərin hüznlə başsağlığı verir".

Mərhumun 39 yaşı var idi və hadisədə başqa xəsarət alan olmayıb.

Reklam agentliyi təyyarənin işlək vəziyyətdə olduğunu qeyd edib. Qəzanın səbəbi araşdırılır.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Избранный
13
ayna.az

1Источники