RU

Rəhbərlikdə Tsxadadzenin üç transfer istəyinə yaşıl işıq yandırılıb

Misli Premyer Liqasının ilk yarısında istədiyi nəticəni əldə edə bilməyən “Qəbələ” heyətin gücləndirilməsində maraqlıdır.

İdman.Biz xəbər verir ki, baş məşqçi Kaxaber Tsxadadze az qala hər oyundan sonra yeni futbolçulara gərək duyduğunu çəkinmədən dilə gətirirdi.

Gürcü çalışdırıcının rəhbərlikdən heyətə üç yeni futbolçunun qatılmasının vacibliyi barədə sportinfo.az saytı yazıb.

Bildirilir ki, sözügedən istək müdafiənin mərkəzi, solu və hücum üçündür.

Rəhbərlik Tsxadadzenin istəyini müsbət cavablandırıb.

Hazırda bu yöndə axtarışlar və danışıqlar davam edir. Çox güman, yeni transferlərin hamısı əcnəbi olacaq.

“Qəbələ” 15 oyundan topladığı səkkiz xalla 12 komanda arasında 11-ci pillədə qərarlaşıb.

İdman.Biz
Избранный
41
1
idman.biz

2Источники