
Atom Enerjisi Agentliyinin (MAQATE) baş direktoru Rafael Qrossi Ukraynanın Zaporojye Atom Elektrik Stansiyası (AES) yaxınlığında yerləşən elektrik xəttində mühüm təmir işlərinə başlanıldığını açıqlayıb.
Yeniavaz.com xəbər verir ki, təmir işləri MAQATE-nin vasitəçiliyi ilə əldə olunan atəşkəsdən sonra mümkün olub.
MAQATE-nin yaydığı məlumata əsasən, hərbi münaqişə şəraitində mümkün nüvə qəzasının qarşısını almaq məqsədi daşıyan bu işlər bir neçə gün davam edəcək. Təmir prosesini MAQATE-nin bölgədə fəaliyyət göstərən mütəxəssislər qrupu yaxından izləyir.