RU

Axşam saatlarında yollarda buzlaşma riski artır – Yol Polisi xəbərdarlıq edir

Bakı. Trend:

Respublikanın bir sıra dağlıq və dağətəyi rayonlarında qarınyağması və hava temperaturunun aşağı düşməsi nəticəsində yolşəraiti mürəkkəbləşib. Xüsusilə axşam saatlarında temperaturun dahada enməsi səbəbindən yol örtüyündə gizli buzlaşma ehtimalı artırki, bu da qəza riskini əhəmiyyətli dərəcədə yüksəldir.

Trend xəbər verir ki, bu barədə Baş Dövlət YolPolisi İdarəsinin sürücülərə müraciətində qeyd olunub.

Bildirilib ki, Hərəkət iştirakçılarının mənzil başına təhlükəsizçatması üçün yol polisi əməkdaşları gücləndirilmiş iş rejimindəxidmət aparsa da, bəzi sürücülərin yola hazırlıqsız çıxması həmonların özləri, həm də digər hərəkət iştirakçıları üçün cidditəhlükə yaradır.

Baş Dövlət Yol Polisi İdarəsi axşam saatlarında yol şəraitinindaha riskli olduğunu nəzərə alaraq sürücüləri:

* Səfərlərə çıxarkən axşam saatlarında yol şəraitinin dahatəhlükəli olduğunu unutmamağa;
* Qış mövsümünə uyğun təchiz edilməmiş, xüsusilə şinlərininprotektor hündürlüyü normadan az olan, işıqlandırma və isitməsistemləri nasaz avtomobillərlə riskli istiqamətlər üzrə hərəkətdənçəkinməyə;
* Körpülərdə, sərt döngələrdə, enişli-yoxuşlu və buzlaşmaya meyilliyol sahələrində axşam saatlarında daha yüksək diqqət və ehtiyatgöstərməyə çağırır.

Sərnişindaşıma fəaliyyəti göstərən fiziki və hüquqi şəxslərə isəgecə və axşam saatlarında mümkün qədər alternativ və dahatəhlükəsiz marşrutlardan istifadə etmələri tövsiyə olunur.

Əziz sürücülər!

Yollarda bir anlıq diqqətsizliyin ağır nəticələrə səbəb olabiləcəyini bir daha xatırladır, gedəcəyiniz ünvana təhlükəsizçatmaq üçün verilən tövsiyələrə əməl etməyinizi xahiş edirik.

Избранный
30
24
az.trend.az

10Источники