RU

"Vulverhempton" Premyer Liqa tarixində ən pis başlanğıca imza atdı

İngiltərənin "Vulverhempton" klubu 2025-26 mövsümündə göstərdiyi nəticələrlə antirekord müəyyənləşdirib.

Fanat.Az xəbər verir ki, "canavarlar" liqada keçirdikləri ilk 18 qarşılaşmada heç bir qələbə qazana bilməyiblər.

Cəmi 2 xalla turnir cədvəlinin sonuncu pilləsində qərarlaşan komanda Premyer Liqa tarixinin ən uğursuz startlarından birini reallaşdırıb.

Baş məşqçi dəyişikliyinə baxmayaraq, klubun qələbə həsrəti davam edir və bu gedişat azarkeşlər arasında böyük narazılığa səbəb olub.

Избранный
27
1
fanat.az

2Источники