Yazını böyüt
Yazını kiçilt
Göyçayda yanğın hadisəsi qeydə alınıb.
Hafta.az FHN-nə istinadən bildirir ki, rayonun Çərəkə kəndində ümumi sahəsi 160 m² olan kürsülü, birmərtəbəli 6 otaqlı evin 3 otağının yanar konstruksiyaları 70 m² sahədə, bir otağının tavanı və dam örtüyü 20 m² sahədə yanıb.
Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.