RU

Fransa klubu baş məşqçisini göndərir

“Nitsa” baş məşqçisi Fran Ezlə yollarını ayıracaq. Msport.az xəbər verir ki, bu barədə Fransa mətbuatı məlumat yayıb.

Ez 2024-cü ildən koandaya rəhbərlik edirdi. “Nitsa” ötən mövsüm onun rəhbərliyi altında Liqa-1-də 4-cü yeri tutub. Lakin hazırda komanda 17 xalla turnir cədvəlində 13-cü pillədədir.

“Nitsa” Avropa Liqasında isə 1 xal belə toplaya bilməyib və sonuncu yerdədir.

Baş məşqçi postuna əsas namizəd 2012-2016-cı illərdə kluba rəhbərlik etmiş Klod Püeldir.

Избранный
41
2
msport.az

10Источники