RU

Ağdaşda maşın hasara çırpıldı - Xəsarət alan var

AĞDAŞ, 28 dekabr. TELEQRAF

Ağdaşda avtomobil hasara çırpılıb.

Teleqraf-ın Mərkəzi Aran bürosu xəbər verir ki, hadisə Maşad kəndi ərazisində baş verib.

İdarəetmədən çıxan avtomobil yol kənarındakı hasara çırpılıb.

İlkin məlumata görə, bir nəfər müxtəlif dərəcəli xəsarətlər alıb. Yaralı ətrafdakıların köməyi ilə xəstəxanaya çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.

Избранный
23
2
teleqraf.com

5Источники