RU

ABŞ-da iki helikopter toqquşdu

Cənubi Nyu-Cersi ştatında iki helikopter qəzaya uğrayıb.

Publika.az xəbər verir ki, bu barədə "New York Post" (NYP) qəzeti məlumat yayıb.

Bildirilib ki, aviasiya hadisəsi Hammonton hava limanı yaxınlığında baş verib. Toqquşmadan sonra vertolyotlardan biri meşəlik əraziyə, digəri isə şəhər ərazisinə düşüb. Hadisə yerində yanğınlar baş verib və qatı qara tüstü əmələ gəlib.

Jurnalistlərin verdiyi məlumata görə, bir nəfər ciddi xəsarətlər alıb. Digər zərərçəkən isə xəstəxanaya aparılıb. Helikopterdə olan insanların dəqiq sayı hələlik müəyyən edilməyib.

Hadisə yerində xilasetmə xidmətləri və hüquq-mühafizə orqanları işləyir. Ərazi mühasirəyə alınıb. Toqquşmanın səbəbi araşdırılır və ABŞ aviasiya orqanları araşdırmaya rəhbərlik edir.

Избранный
88
1
publika.az

2Источники