RU

Günəş işığı şəkərli diabetə ZİYANDIR?

Baku.ws saytına istinadən ain.az xəbər verir.

Alimlər günəş işığının insan sağlamlığına müsbət təsirini təsdiqləyiblər.

BAKU.WS xəbər verir ki, "Cell Metabolism" jurnalında dərc olunan araşdırmaya əsasən, təbii günəş işığı alan mühitdə olmaq II tip diabetdən əziyyət çəkən şəxslərdə qanda şəkərin səviyyəsinə daha yaxşı nəzarət etməyə kömək edir.

Beynəlxalq tədqiqat çərçivəsində könüllülər bir neçə gün ərzində ya günəş işığı düşən pəncərə kənarında, ya da tam qapalı və süni işıqlandırılan ofisdə çalışıblar. İştirakçıların qidalanma rejimi, dərman qəbulu və fiziki aktivliyi eyni saxlanılıb.

Nəticələr göstərib ki, gün işığı altında çalışan şəxslərdə şəkərin kəskin artımları daha az müşahidə olunub və orqanizm enerjini daha çox yağlardan əldə edib. Əzələ toxuması üzərində aparılan analizlər isə gün işığının maddələr mübadiləsinin sutkalıq ritmlərlə daha uyğun işləməsinə kömək etdiyini ortaya qoyub.

Alimlər hesab edirlər ki, bu təsir yalnız diabet xəstələrində deyil, piylənmə və metabolik sindromdan əziyyət çəkən insanlarda da müşahidə oluna bilər.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Избранный
33
1
baku.ws

2Источники