Bakı. Trend:
ABŞ-nin Nyu-Cersi ştatının Hammonton şəhərində iki helikopterhavada toqquşub və nəticədə ən azı bir nəfər ölüb.
Trend xəbər verirki, hadisə yerli KİV-lər tərəfindən yayımlanıb.
Məlumata görə, pilotlardan başqa helikopterlərdə heç kimolmayıb; onlardan biri ölüb, digəri isə ağır vəziyyətdə xəstəxanayaçatdırılıb.
Federal Aviasiya Administrasiyası bildirib ki, “Enstrom F-28A”və “Enstrom 280C” helikopterləri Hammonton hava limanı üzərindətoqquşub. Səlahiyyətlilər hadisənin səbəblərini araşdırır.