RU

Çin altı tonluq təyyarəsinin ilk uçuşunu həyata keçirdi

ain.az, Axar.az saytına istinadən bildirir.

Çinin "United Aircraft" şirkəti tərəfindən hazırlanmış altı tonluq "Lanying R6000" tiltrotor pilotsuz təyyarəsi Sıçuan əyalətində ilk uçuşunu həyata keçirib.

Axar.az xəbər verir ki, bu barədə "Sinxua" məlumat yayıb.

Məlumata görə, PUA 2000 kq-a qədər yükgötürmə qabiliyyətinə, saatda maksimum 550 km kruiz sürətinə və 7620 m-ə qədər yüksəklikdə təxminən 4000 km uçuş məsafəsinə malikdir:

"R6000-in gəlişi Çinin uzun müddət saxlanılan texnoloji inhisarını qıraraq, tiltrotor təyyarələrində qlobal lider kimi çıxış etdiyini göstərir. R6000 Çinin AERO Mühərrik Korporasiyası tərəfindən müstəqil olaraq hazırlanmış AES100 mühərriki ilə təchiz edilib. "Lanying R6000" unikal tiltrotor dizaynına malikdir. O, şaquli qalxma və eniş rejimindən yüksək sürətli üfüqi uçuş rejiminə keçmək qabiliyyətinə malikdir".

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Избранный
77
axar.az

1Источники