RU

CAR-da binanın çökməsi nəticəsində 3 nəfər ölüb

Bakı. Trend:

Cənubi Afrikanın Yohannesburq şəhərində binanın çökməsinəticəsində biri uşaq olmaqla 3 nəfər ölüb.

Trend xəbər verirki, bu barədə Yohannesburq fövqəladə halların idarə olunmasıxidməti məlumat yayıb.

Çökmə zamanı binada 6 nəfər olub və onlardan 3-ü dağıntılaraltında qalıb.

Bir yaşlı uşaq və iki yetkin qadın aldığı xəsarətlərdəndünyasını dəyişib. Qalan 3 nəfər xəstəxanaya çatdırılıb, lakinonların vəziyyəti hələ açıqlanmayıb.

Səlahiyyətlilər dağıntının səbəblərini araşdırmağa başlayıb.

Избранный
73
az.trend.az

1Источники