RU

ABŞ və Ukrayna işçi qrupları Rusiya ilə əməkdaşlıq edəcək üzvləri açıqlayıb

Bakı. Trend:

ABŞ dövlət katibi Marko Rubio, Pentaqon rəhbəri Pit Heqset, ABŞprezidentinin nümayəndəsi Stiven Vitkoff, iş adamı Cared Kuşner vəBirləşmiş Qərargah Rəisləri Komitəsinin sədri general Den KeynABŞ-nin Ukrayna üzrə işçi qrupuna qoşulacaq və Rusiya iləəməkdaşlıq edəcəklər.

Trend xəbər verirki, bunu ABŞ Prezidenti Donald Tramp Florida ştatının Mar-a-Laqoşəhərində Volodimir Zelenski ilə görüşdən sonra keçirilən mətbuatkonfransında bildirib.

“Xüsusi qrup Stiv Vitkoff, Cared Kuşner, General Keyn, MarkoRubio və daxil edəcəyimiz bir neçə nəfərdən ibarət olacaq.Düşünürəm ki, Pit Heqset həmin işçi qrupunda olmalıdır. O, əraziniçox yaxşı bilir, əla iş görür və bəlkə də bir-iki nəfər daha əlavəolunacaq. Eyni zamanda, Ukraynada bu gün naharda olan çox yaxşıinsanlar da işçi qrupuna daxil olacaq”, – deyə Tramp bildirib.

Zelenski isə açıqlayıb ki, Ukraynanın nizamlama üzrə işçiqrupuna Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi RustemUmerov, Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargah rəisi AndreyQnatov və Xarici İşlər Nazirliyinin birinci müavini SergeyKislitsya daxil olacaq.

Избранный
64
az.trend.az

1Источники