ABŞ Prezidenti Donald Tramp Ukraynaya səfərinə xüsusi ehtiyac görmür.
Publika.az xəbər verir ki, bunu Amerika lideri ukraynalı həmkarı Volodimir Zelenski ilə görüşündən sonra keçirilən mətbuat konfransında bildirib.
"Bunun lazım olub-olmayacağına əmin deyiləm, amma əgər bu, ayda 25.000 insanın həyatını xilas etməyə kömək edərsə, bunu etməyə hazır olardım", - Ağ Ev rəhbəri deyib.
Tramp əlavə edib ki, münaqişənin həlli üçün razılığa gəlmək istəyir və bunun üçün onun səfəri vacib deyil.