RU

İran və Səudiyyə Ərəbistanı XİN rəhbərləri regional məsələləri müzakirə ediblər

İranın xarici işlər naziri Abbas Araqçi və Səudiyyə Ərəbistanının xarici işlər naziri Feysəl bin Fərhan arasında telefon danışığı baş tutub.

APA xəbər verir ki, bu barədə İranın IRNA xəbər agentliyi məlumat yayıb.

Telefon danışığı zamanı Araqçi və Bin Fərhan ikitərəfli münasibətlər, regional və beynəlxalq məsələlər və Yəməndəki hadisələr barədə fikir mübadiləsi aparıblar.

Söhbət zamanı Araqçi Yəmənin cənubundakı hadisələrə diqqət çəkib və Yəmənin ərazi bütövlüyü üçün yol xəritəsinin yaradılmasının vacibliyini vurğulayıb.

Arakçi İsrailin Livana hücumlarını pisləyib və beynəlxalq ictimaiyyəti Livan xalqına qarşı hücumların dayandırılması üçün məsuliyyət daşımağa çağırıb.

Bin Fərhan öz növbəsində regional sülhün qorunması üçün əməkdaşlığın artırılmasının vacibliyini vurğulayıb və İsrailin məsuliyyət daşımalı olduğunu bildirib.

Избранный
38
2
apa.az

3Источники