RU

Şəkidə 26 yaşlı oğlan itkin düşüb

Şəkidə gənc oğlan itkin düşüb.

 

APA-nın məlumatına görə, Şəkinin Baş Göyünk kənd sakini, 1999-cu il təvəllüdlü Nöbərov Valeh Mustafa oğlu dekabrın 23-də günorta saatlarından etibarən itkin düşüb.

 

Bu barədə sayta V. Nöbərovun yaxınları məlumat veriblər.

 

Bildirilib ki, Valeh Nöbərovu görən şəxslərdən 070 531 55 47 nömrəsi ilə əlaqə saxlamaları xahiş olunur.

 

Məsələ ilə bağlı DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan bildirilib ki, həmin şəxsin itkin düşməsi ilə bağlı ərazi üzrə polis orqanına məlumat daxil olub.

 

Hazırda onun tapılması istiqamətində polis əməkdaşları tərəfindən tədbirlər görülür.

 

Избранный
34
14
senzor.az

10Источники