RU

Qəzza hökuməti: İsrail 80 gündə atəşkəsi 969 dəfə pozub

Bakivaxti saytından alınan məlumata görə, ain.az bildirir.

İsrail 10 oktyabrdan bu günə qədər qüvvədə olan atəşkəs razılaşmasını 969 dəfə pozub.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Qəzza hökuməti açıqlama yayıb.

Belə ki, hökumətin məlumatına görə, hücumlar nəticəsində 418 fələstinli həlak olub, 1 min 141 nəfər yaralanıb və 45 nəfər qanunsuz saxlanılıb.

Qurum bildirib ki, İsrail humanitar öhdəliklərini də yerinə yetirməyib – Qəzzaya daxil olması nəzərdə tutulan 48 min yardım maşınından yalnız 19 min 764-ü buraxılıb.

Qeyd olunub ki, yanacaq tədarükündə vəziyyət daha ağırdır. Məlumata görə, tələb olunan 4 min yanacaq maşınından cəmi 425-i bölgəyə çatıb və bu, xəstəxana və digər həyati xidmətlərin dayanmasına səbəb olub.

Qəzza hökuməti beynəlxalq ictimaiyyəti və razılaşmanın qarantlarını İsraili öhdəliklərinə əməl etməyə və humanitar yardımın təhlükəsiz çatdırılmasını təmin etməyə çağırıb.

Əli Hüseynov

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Избранный
14
bakivaxti.az

1Источники