RU

"Azad olunmuş ərazilərdə yeni hərbi hissələr yaradılır" - QHT sədri

Həm QHT-lərə Dövlət Dəstəyi Agentliyi, həm də Mədəniyyət Nazirliyi ilə əməkdaşlıq çərçivəsində layihələr universitetlərdə milli-mənəvi dəyərlərin təbliği istiqamətində davam etdiriləcək. Bu çərçivədə ədəbiyyat və mədəniyyət xadimlərinin, incəsənət nümayəndələrinin gənclərlə görüşləri təşkil olunacaq. Məqsəd ölkəmizin dilini, milli-mənəvi və adət-ənənələrini qorumaq və gənc nəsildə vətənpərvərlik ruhunu formalaşdırmaqdır.

Bunu Tərxis Olunmuş Hərbiçilərin Gəncləri Maarifləndirmə İctimai Birliyinin sədri Emin Həsənli QHT.az-a bildirib. Onun sözlərinə görə, 2025-ci ildə həm ordu quruculuğunda mühüm addımlar atıldı, həm də Silahlı Qüvvələrin müxtəlif qoşun növlərində inkişaf təmin edildi. Çağırış sistemi 5 yaşdan 30 yaşa endirildi və islahatlar davam edir. Orduda zabitlərin və ehtiyat zabitlərin xidməti ilə bağlı qanun qəbul ediləcək. Daxili Qoşunlar müstəqil qoşun növü kimi fəaliyyətə başlayacaq və onlara geniş səlahiyyətlər veriləcək. Silahlı Qüvvələrin tərkibindəki daxili qoşun bu istiqamətdə fəaliyyət göstərəcək və bu qanun uğurlu addım hesab olunur:

"Ordumuz davamlı təlimlər keçirir və güclənir. Orduda təhsil sistemi Türkiyə modeli əsasında NATO standartlarına uyğun qurulur. Azərbaycan Müdafiə Sənayesi Nazirliyi yaradılıb və hüquqi baza inkişaf etdirilir. Azad olunmuş ərazilərdə yeni hərbi hissələr yaradılır. Ən sevindirici hal isə keçmiş məcburi köçkünlərin hər ay öz doğma yurdlarına qayıtmasıdır. Qarabağ bütövlükdə cənnətə çevrilir və bu istiqamətdə işlər davam etdirilir".

QHT sədri həmçinin bildirib ki, təşkilatımız Azərbaycan dövlətinin gördüyü işləri təbliğ edir, həm ölkə daxilində, həm də beynəlxalq tədbirlərdə iştirak edir. Xüsusilə qardaş Türkiyənin hərbi yönümlü QHT-ləri və Şimali Kipr Türk Cümhuriyyətinin QHT-ləri ilə sıx əməkdaşlıq qurulub və gələcəkdə bu əməkdaşlıq daha da genişlənəcəkdir:

"Hesab edirəm ki, 2025-ci il Azərbaycan dövləti, xalqı və ordusu üçün əlamətdar il oldu. Növbəti il də uğurlu olacaq, çünki Azərbaycan güclü dövlətdir, güclü ordusu var və xalqı Vətən uğrunda canından keçməyə hazırdır".

 

Избранный
43
qht.az

1Источники