RU

Həftədə 1 dəfə futbol oynayanlara XƏBƏRDARLIQ

Passiv həyat tərzi sürən bir çox insan üçün həftədə bir dəfə futbol oynamaq həm fiziki aktivlik, həm də sosial rahatlama vasitəsi sayılır. Dostlarla görüşmək, bir qədər qaçmaq və tər tökmək ilk baxışdan sağlam seçim kimi görünür. Həqiqətən də, futbol tam hərəkətsiz qalmaqdan daha yaxşıdır, ürək-damar sistemini aktivləşdirir, qan dövranını sürətləndirir və psixoloji gərginliyi azaldır.

Ölkə.Az-ın məlumatına görə, mütəxəssislər bildirir ki, məsələ təkcə oynamaq deyil, oyuna necə başlamaq və bədənin buna nə dərəcədə hazır olmasıdır.

Ən çox yol verilən səhv isinmə hərəkətləri etmədən birbaşa oyuna çıxmaqdır. Uzun müddət oturaq həyat tərzi sürən bədən ani və intensiv yüklənməyə uyğunlaşa bilmir. Nəticədə əzələlər və bağlar qəfil gərginliyə məruz qalır, bu da dartılma, qopma, diz və topuq zədələri, bel ağrıları kimi problemlərə səbəb ola bilər. Xüsusilə ilk dəqiqələrdə sürətli qaçışlar və qəfil manevrlər zədə riskini xeyli artırır. Bundan əlavə, ürək-damar sistemi də bu cür kəskin yüklənməyə hazır olmadıqda halsızlıq, nəfəs darlığı və başgicəllənmə halları yaşana bilər.

“Həftədə bir dəfə oynayıram, bu mənə bəs edir” yanaşması da tam düzgün hesab olunmur. Əgər bədən həftə ərzində ümumiyyətlə hərəkətsiz qalırsa, bir günlük intensiv futbol həm gözlənilən faydanı verməyə, həm də sağlamlıq problemləri yaratmağa qadirdir. Xüsusilə 30 yaşdan yuxarı, artıq çəkisi olan və ya daha əvvəl idmanla mütəmadi məşğul olmayan şəxslər üçün bu risklər daha da artır. Belə hallarda futbol sağlamlıq üçün faydalı məşqdən çox, orqanizm üçün sınağa çevrilə bilər.

Mütəxəssislərin tövsiyəsinə görə, həftədə bir dəfə futbol oynayanlar üçün ən vacib şərt oyundan əvvəl qısa da olsa isinmə hərəkətlərini yerinə yetirmək və ilk dəqiqələrdə oyuna yüngül templə başlamaqdır. Bundan əlavə, həftə ərzində bir neçə dəfə sadə gəzinti və ya yüngül fiziki aktivliklə bədəni hərəkətə alışdırmaq futbolun real faydasını artırır. Əks halda, isinməsiz və hazırlıqsız oynanan futbol sağlamlıq üçün xeyirdən çox zərər gətirə bilər.

Избранный
37
1
olke.az

2Источники