BAKI, 29 dekabr. TELEQRAF
"Qarabağ"ın UEFA Çempionlar Liqasının əsas mərhələsindəki rəqiblərindən olan İngiltərənin "Liverpul" klubu 14 yaşlı futbolçu ilə güclənib.
Teleqraf klubun rəsmi saytına istinadən xəbər verir ki, Mersisayd təmsilçisi Avstriyanın "Austriya" komandasından Miroslav Vaskovskini transfer edib.
Vaskovski Ukraynanın 15 yaşadək millisinə də cəlb olunur.
İstedadlı yarımmüdafiəçinin "Liverpul"un gənclər komandasında çıxış edəcəyi gözlənilir.
Qeyd edək ki, "Qarabağ"la "Liverpul" yanvarın 28-də qarşılaşacaq.