RU

Rusiya Mərkəzi Bankı yeni 1000 rublluq əskinas təqdim edib

Müəllif:Mehin Qasımova,Banco.az

Rusiya Mərkəzi Bankı yeni 1000 rublluq əskinas təqdim edib.

Banco.az xəbər verir ki, Rusiya Mərkəzi Bankı tərəfindən təqdim edilən yeni 1000 rublluq əskinasın arxa tərəfi yenidən dizayn edilib, həmçinin əskinasın dövriyyəyə buraxılması və gələcək planlarla bağlı təfərrüatlar da paylaşılıb.

Rusiya Mərkəzi Bankının sədr müavini Sergey Belov brifinqdə yeni əskinasların tezliklə banklara paylanacağını açıqlayıb.

Əskinasın ön tərəfi dəyişməz qalıb. 

Əskinasın arxa tərəfi yenidən dizayn edilib. Əskinasda "Meteor" hidrofoil qayığı, Kənd Təsərrüfatı Sarayı və Volqa çayı üzərindəki Saratov şossesi körpüsü təsvir olunub.

Yeni 1000 rublluq əskinas bütün bölgələrdə bərabər şəkildə dövriyyəyə buraxılacaq.

Mərkəzi Bank yeni əskinasın 2026-cı ilin sonuna qədər geniş yayılacağını proqnozlaşdırır.

Mərkəzi Bank polimer əskinasların kütləvi şəkildə tətbiqini planlaşdırmır. Kağız əskinaslar nağd pul dövriyyəsi üçün daha uyğun hesab olunur.

Qeyd edək ki, Rusiya Mərkəzi Bankı yeni 500 rublluq əskinasın hazırlanması ilə bağlı yanaşmaları müzakirə edir.

Избранный
24
2
banco.az

3Источники