RU

“Balaca şahzadə” Musiqili Teatrın səhnəsində

Azərbaycan Dövlət Akademik Musiqili Teatrında Yeni il bayramı münasibətilə fransız yazıçı Antuan de Sent-Ekzüperinin məşhur “Balaca şahzadə” əsəri nümayiş olunub.

Kulis.az xəbər verir ki, yenilənən heyət ilə göstərilən səhnə əsərinə Şaxta baba və Qar qız personajları da daxil olub.

Yazıçı-dramaturq İlqar Fəhminin səhnələşdirdiyi tamaşanın quruluşçu rejissoru Xalq artisti Cənnət Səlimova, bəstəkarı Ruslan Ağababayevdir.

Tamaşanın bərpaçı rejissoru Sevinc Məmmədova, bərpaçı xoreoqrafı Məhəmməd Abdullayev, rejissor assistenti isə Çimnaz Bağırovadır.

Səhnə əsərində əsas obrazı şəhid Telman Kəlbiyevin övladları Elcan Kəlbiyev və Səid Kəlbiyev canlandırıblar.

Əsərin süjet xətti qəhrəmanın müxtəlif planetlərə səyahətləri üzərində qurulub. Əyləncə və macəra dolu tamaşa dostluq, sevgi, səmimiyyət və insan ruhunun saflığı kimi dəyərləri simvolik şəkildə tərənnüm edir.

Səhnə əsərində Əməkdar artistlər İqrar Salamov, Ələkbər Əliyev, aktyorlar İlahə Rüstəmova, Firuzə Cəfərova, Fərid Rzayev, Elçin İmanov, Nuray Məmmədzadə, Nəzrin İsmayılzadə və digər aktyorlar iştirak ediblər.

Qeyd edək ki, “Balaca şahzadə” yanvarın 4-dək davam edəcək.

Избранный
5
2
kulis.az

3Источники