RU

Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan idmanı yeni inkişaf mərhələsinə qədəm qoyub ŞƏRH

ain.az, Azertag saytına istinadən bildirir.

Bakı, 29 dekabr, AZƏRTAC

Azərbaycan dünyanın nüfuzlu idman ölkəsi kimi tanınır. 1997-ci ildə İlham Əliyevin Milli Olimpiya Komitəsinin prezidenti seçilməsindən sonra ölkəmizdə Olimpiya hərəkatı, bədən tərbiyəsi və idmanın inkişafı yeni mərhələyə qədəm qoydu. Azərbaycanın beynəlxalq Olimpiya hərəkatına fəal qoşulması sayəsində ölkəmiz böyük idman potensialına malik olduğunu nümayiş etdirdi. İdman sahəsində qazanılan nailiyyətlər, həm də dövlətin ümumi inkişaf səviyyəsini, iqtisadi potensialını müəyyənləşdirən vacib meyarlardan biri hesab olunur.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Samir Vəliyev söyləyib.

O bildirib ki, Azərbaycanda idmanın inkişafı dövlət siyasətidir və dövlət xətti ilə bir çox proqramlar icra edilib. Dövlətimizin iqtisadi qüdrətinin ildən-ilə artması idmanın inkişafına da müsbət təsir göstərib. Hazırda nəinki paytaxtımızda, eləcə də regionlarda bir çox olimpiya kompleksləri, müasir idman obyektləri istifadəyə verilib, maddi-texniki baza möhkəmləndirilib. Bütün bunlar idmançılarımızın yerli və beynəlxalq turnirlərdə uğur qazanmalarında müstəsna rol oynayır.

Onun sözlərinə görə, Prezident İlham Əliyev 2025-ci ilin idman yekunlarına həsr olunan mərasimdə çıxışı zamanı bu ilin Azərbaycan idmanı üçün uğurlu il olduğunu vurğulayıb. İdmançılarımızın qələbələri və ölkəmizdə keçirilmiş müxtəlif beynəlxalq yarışlar Azərbaycanı bir daha idman ölkəsi kimi təsdiqləyir. Dövlət başçısının dediyi kimi, idmançılarımız bu il beynəlxalq yarışlarda 2000-dən çox medal qazanıblar ki, bu da çox yüksək göstəricidir. O cümlədən, qızıl medalların sayı isə 600-dən çoxdur. Bu uğurların əsasında Azərbaycan Prezidentinin idmana xüsusi diqqət və qayğısı dayanır.

S.Vəliyev qeyd edib ki, sağlam cəmiyyət hər bir dövlətin strateji məqsədidir. Əlbəttə ki, dövlət vətəndaşların idmanla məşğul olmaları üçün xüsusi siyasət həyata keçirir. Bu mənada hər bir azərbaycanlının idmana maraq göstərməsi və müntəzəm olaraq idmanla məşğul olması dövlətin diqqət mərkəzindədir. Təbii ki, dövlət tərəfindən idmanın kütləviliyi təmin edilərək ölkədə sağlam nəsil formalaşdırılır. “Bizim siyasətimizin əsas istiqamətlərindən biri də gəncləri sağlam ruhda tərbiyə etməkdir, vətənpərvərlik ruhunda tərbiyə etməkdir ki, gənclər Vətən sevgisi ilə böyüsünlər, tərbiyə alsınlar və beləliklə, ölkəmizin inkişafı daimi olsun, əbədi olsun. Əlbəttə ki, burada əsas amil cəmiyyətdə mövcud olan ab-havadır. Bu da çox müsbətdir. Bizim xalqımız böyük dərəcədə həmrəylik, vətənpərvərlik göstərir və son illərin hadisələri bunu bir daha təsdiqləyir. Gənclərin fiziki hazırlığı, mənəvi saflığı vəhdət təşkil etməlidir. Məhz o halda ölkə uğurla inkişaf edə bilər. İdmanın isə gənc nəslin vətənpərvərlik ruhunda tərbiyə edilməsində çox böyük önəmi var”, - deyə dövlətimizin başçısı çıxışında vurğulayıb. Bu formalaşdırılmış nəsil də Vətənimizin sağlam gələcəyi deməkdir. Qırx dörd günlük Vətən müharibəsində məhz sağlam, vətənpərvər gənclik torpaqlarımızı düşmən tapdağından azad etdi. Yeri gəlmişkən, işğaldan azad edilmiş ərazilərimizdə də idman infrastrukturunun yaradılması diqqət mərkəzindədir. Qarabağda və Şərqi Zəngəzurda həyata keçirilən bərpa-quruculuq işləri çərçivəsində Şuşada beynəlxalq şahmat, Suqovuşanda beynəlxalq avarçəkmə yarışlarının və Zəngilanın Ağalı kəndinin ətrafında triatlon üzrə yarışın keçirilməsi və s. həm də ondan xəbər verir ki, tarixi torpaqlarımızda mötəbər idman yarışlarının təşkili ənənəsinin əsası artıq indidən qoyulur. Bundan əlavə, Füzuli şəhərində Olimpiya Kompleksinin inşası, Eyvazxanbəyli kəndində Qarabağ Atçılıq Kompleksinin yaradılması bu sahədə gələcəkdə də görüləcək möhtəşəm işlərdən xəbər verir. Bütövlükdə, indiyədək bölgələrdə olimpiya komplekslərinin sayı 46-a çatıb.

Ümumiyyətlə, ölkəmiz indiyədək bir çox mötəbər beynəlxalq idman yarışlarına ev sahibliyi edib və etməkdədir. Bu, o deməkdir ki, gələcəkdə də idman sahəsində nailiyyətlərimiz çox böyük olacaq”, - deyə deputat vurğulayıb.

Qarşıdan gələn 2026-cı ildə Gənclər və İdman Nazirliyinin kollegiyasının qərarı ilə Qazax şəhərinin Azərbaycanın "İdman paytaxtı" elan olunduğunu xatırladan Samir Vəliyev bu faktın önəmini qeyd edib. Onun fikrincə, il çərçivəsində idman paytaxtı kimi Qazaxda bir sıra önəmli tədbirlərin keçirilməsi bütövlükdə ölkə üzrə idmanın inkişafına töhfələr verəcək.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Избранный
41
2
azertag.az

3Источники