RU

QHT sədri: “2026-cı ildə layihələri daha geniş miqyasda davam etdirəcəyik”

Birliyin 2025-ci il layihələrinin əsas məqsədi Azərbaycan həqiqətlərini dünya ictimaiyyətinə çatdırmaq olub.

Bunu “İnkişafa və İslahatlara Dəstək” İctimai Birliyinin sədri Ramil Əliyev QHT.az-a açıqlamasında bildirib. O qeyd edib ki, may ayında Türkiyənin Qars şəhərində həyata keçirilən layihədə Qərbi Azərbaycandan deportasiya olunmuş insanların taleyi diqqət mərkəzində olub. Sərgidə İrəvandan dağıdılmış binaların və digər tarixi fotoşəkillərin nümayişi ilə Qarsda yaşayan Qərbi azərbaycanlılar bu mövzuya cəlb olunub:

"Layihə çərçivəsində 100 nəfərlik universitet tədbiri keçirilib və məqsəd Qərbi Azərbaycandan köç edənlərin qarşılaşdıqları zorakılıqlar, taleləri və oradan çıxarılma yolları barədə ictimaiyyəti məlumatlandırmaq idi. Layihə uğurlu nəticələr verib və gələcəkdə davam etdirilməsi planlaşdırılıb. 2026-cı ildə daha geniş miqyasda layihələrin həyata keçirilməsi nəzərdə tutulur".

 

Pərvanə Fərhadqızı

Избранный
18
qht.az

1Источники