RU

İlk dəfə sırf QHT-lər üçün bayram konserti proqramı təşkil olunub (FOTO)

Bakı.Trend:

2025-ci il dekabrın 28-də - “Bizi Birləşdirən Mədəniyyət”İctimai Birliyinin təşkilatçılığı, Qeyri-Hökumət TəşkilatlarınaDövlət Dəstəyi Agentliyinin və Beynəlxalq Muğam Mərkəzinintərəfdaşlığı ilə Beynəlxalq Muğam Mərkəzində DünyaAzərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə “Ey,Vətən!” adlı konsert proqramı keçirilib.

Bu, məxsusi olaraq qeyri-hökumət təşkilatlarının təmsilçiləriüçün məhz QHT tərəfindən hazırlanmış ilk bayram konserti olub.

Konsertdə görkəmli vokal ustası, Əməkdar artist, “BiziBirləşdirən Mədəniyyət” İctimai Birliyinin sədri Ramil Qasımovunifasında musiqi inciləri səsləndirilib. Fortepianoda onu Xalqartisti, professor Siyavuş Kərimi, tanınmış caz ustası, Əməkdarartist Emil Əfrasiyab, gənc sənətkarlar - Riyad Quliyev, SoltanƏliyev və Tofiq Şıxıyev müşayiət ediblər.

Klassik musiqi gecəsində Üzeyir Hacıbəyli, Cahangir Cahangirov,Oqtay Kazımi, Rauf Hacıyev, Elza İbrahimova və digər korifeylərinbəstələrinə müraciət edilib, Mikayıl Müşfiq, Süleyman Rüstəm,Fikrət Qoca, İslam Səfərli, Zeynal Cabbarzadə və digər görkəmlişairlərin sözlərinə yazılmış mahnılar oxunub.

İraq və Suriya türkmanları arasında böyük şöhrət qazanmış, “İraqDivanı” ilə könülləri fəth etmiş, Hələbdə edam olunmuş Azərbaycanındünya miqyaslı müfəkəkkir şairi, əsərləri Azərbaycanın dövlətvaridatı elan edilmiş İmadəddin Nəsimi barəsində musiqi parçalarısəsləndirilib. Musiqisi Xalq artisti, professor Siyavuş Kərimliyə,librettosu akademik Rafael Hüseynova məxsus olan “Nəsimi”operasının baş qəhrəmanı Ramil Qasımov bu musiqi əsərindən birhissəni ifa edib. R.Qasımov məlumat verib ki, 2026-cı ildə “BiziBirləşdirən Mədəniyyət” İctimai Birliyi türkman irsi mövzusundayeni musiqi əsərini ictimaiyyətə təqdim edəcək.

Musiqi gecəsində həmçinin əsərləri Azərbaycanın dövlət varidatıelan edilmiş görkəmli sənətkar Məhsəti Gəncəvinin poetik irsinəmüraciət edilib. Qeyd olunub ki, M.Gəncəvinin yaradıcılığındaistifadə olunan bədii texnika incəlikləri əsrlərdir ki, sevilir,böyük məhəbbətlə qarşılanır. Musiqisi Pikə Axundovanın, librettosuLeyla Qədirzadəyə məxsus “Məhsəti” operasının premyerasından birhissə səsləndirilib, fortepianoda Pikə Axundova özü müşayiətedib.

Konsert proqramında 300-dən çox QHT təmsilçisi iştirak edib.Konsert boyu Ramil Qasımovun ifaları, onun sənət dostlarınınçıxışları gurultulu alqışlarla qarşılanıb. Qeyd edək ki, konsertzamanı bütün ifalar tam təbii və canlı olub, mikrafondanümumiyyətlə, istifadə edilməyib.

Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi “BiziBirləşdirən Mədəniyyət” İctimai Birliyinin bu nümunəvi layihəsindəolduğu kimi, mühüm təşəbbüsləri bundan sonra da dəstəkləməkdə,onlara tərəfdaşlıq etməkdə davam edəcək.

İlk
İlk
İlk
İlk
İlk
İlk
İlk
İlk
İlk
İlk
İlk
Məqalədə:
Избранный
42
8
az.trend.az

10Источники