RU

Vüsalə Hüseynli: “2026-cı ildə daha çox innovativ layihələr icra edəcəyik”

"2026-cı ili qarşılamağa hazırlaşırıq. Artıq bir neçə gündən sonra təqvimlər 2026-cı ili göstərəcək. Bizim üçün isə bu, önəmli bir mərhələdir. Təbii ki, qarşıda müəyyən planlarımız var. Təşkilatımız ümumiyyətlə hər üç ildən bir öz strateji fəaliyyət planını hazırlayır, icra edir və təsdiqləyir. Bu il də eyni qaydada, növbəti il üçün fəaliyyət planımız artıq hazırlanıb və sonuncu dəfə təşkilatın idarə heyəti tərəfindən təsdiqlənəcək".

Bu fikirləri “İslahatçı Qadınlar və İnnovasiyalar” İctimai Birliyinin sədri Vüsalə Hüseynli QHT.az-a açıqlamasında bildirib. QHT sədrinin sözlərinə görə, proqramlarında bir sıra dəyişikliklər edilib. Məsələn, əvvəllər bəzi sahələr prioritet hesab edilirdisə, artıq bu il təşkilat olaraq qadınlar üçün yeni trendlərə və çağırışlara uyğun layihələr həyata keçirməyi qarşıya məqsəd qoyublar. Qarşıdan gələn il, həmçinin bu və növbəti illərdə daha çox innovativ layihələrin həyata keçirilməsi planlaşdırılır:

"Dünyanın trendini izləmək üçün İT, biznes, iqtisadiyyat, ekoloji çağırışlar və digər sahələr bizim fəaliyyətimizin əsas istiqamətlərində olacaq. Eyni zamanda qadınların hüquqlarının müdafiəsi, zorakılıqla mübarizə kimi məsələlər də fəaliyyət planımızda öz əksini tapıb. Düşünürəm ki, daha çox uğura imza atmaq üçün daha əzmli və səylə işləməliyik və bunun üçün əlimizdən gələni edirik".

 

Pərvanə Fərhadqızı

Избранный
30
qht.az

1Источники