ain.az bildirir, Apa.az portalına istinadən.
Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi (yalnız Bakı KOB Evində göstərilən xidmətlər üzrə) və onun regional bölmələri, eləcə də Agentliyin tabeliyində fəaliyyət göstərən İstehlak Mallarının Ekspertizası Mərkəzi və regional bölmələri qeyri-iş günü - 3 yanvar 2026-cı il tarixində fəaliyyət göstərəcək.
Bu barədə "APA-Economics"ə Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyindən bildirilib.
Bundan əlavə, həmin tarixdə standart nümunələrin və ölçmə vasitələrinin tipinin təsdiqi haqqında sertifikatların əldə olunması ilə bağlı müraciətlərin qəbulu və sertifikatın verilməsi xidmətləri də həyata keçiriləcək.
Sahibkarlar iş günlərində olduğu kimi, qeyd edilən tarixdə müvafiq xidmətlərdən yararlanmaq üçün aidiyyəti üzrə müraciət edə bilərlər.
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.