RU

Zelenskini “Tramp” tortuna qonaq etdi

Donald Tramp və Volodimir Zelenski görüşdən sonra birgə nahar yeməyi yeyiblər.

Ölkə.az "European Pravda"ya istinadən xəbər verir ki, Tramp tərəfindən hazırlanan menyuda ənənəvi Amerika yeməkləri olub.

Menyuda toyuq bulyonu, kartof qızartması ilə verilən bifştekslər olub. Desert üçün Trampın komandası xüsusi bir yemək hazırlayıb: hər kəsə "Tramp" adlı şokoladlı tort parçası verilib.

"European Pravda"nın məlumatına görə, “Tramp” tortu əvvəlkindən fərqli olaraq bu tortun təbəqələri az və qızılı rəngdə olub.

“The Telegraph” qəzetinin məlumatına görə, bu, Trampın xarici qonaqları öz adını daşıyan yeməklərlə qonaq etməsi ilə bağlı ilk hal deyil və bu piroq, Mar-a-Lago menyusunda Trampın adını daşıyan yeganə yemək deyil. Məsələn, onlar həmçinin "Tramp Kub Salatı" da təqdim edirlər.

Mürtəza

Избранный
92
olke.az

1Источники