Ukrayna Prezidenti Volodimir Zelenski münaqişəni həll etmək üçün Moskvaya gəlməlidir.Missiya.Az "Lenta"ya istinadən xəbər verir ki, Finlandiya milli-mühafizəkar Azadlıq Alyansının üzvü Armando Mema bu çağırışı X sosial media platformasında edib."Əgər Zelenski Moskvada Prezident Vladimir Putini ziyarət etsəydi, sülh səylərinin həqiqiliyinə inana bilərdim. Moskva xaricindəki istənilən görüş sadəcə sülh illüziyasıdır", - deyə siyasətçi qeyd edib.Mema əlavə edib ki, münaqişəyə son qoymaq üçün qarşı tərəfi düşmən hesab etməkdən imtina etmək lazımdır.İlahə Qənbərli
Missiya.Az