RU

Məşhur "sağlam" səhər yeməyi sağlamlığınız üçün təhlükəli ola bilər

Britaniyalı həkim Sem Uotts ən məşhur "sağlam" səhər yeməklərindən biri olan yulaf əzməsi ilə əlaqəli risklər barədə xəbərdarlıq edib.

E-saglam.az xəbər verir ki, onun sözlərinə görə, səhv növ yulaf əzməsi qan şəkərinin səviyyəsində kəskin artımlara səbəb ola bilər. Bu da öz növbəsində enerjiyə, yuxuya və əhval-ruhiyyəyə mənfi təsir göstərir və uzunmüddətli perspektivdə 2-ci tip diabet və ürək-damar xəstəlikləri riskini artırır.

Həkim izah edir ki, əgər biz çox xırda üyüdülmüş emal olunmuş və ya hazır yulaf yeyiriksə, onlar tez həzm olunur və qan şəkərində əhəmiyyətli dərəcədə artımlara səbəb olur. Bu, çox zərərlidir".

Lakin, onun sözlərinə görə, tam taxıllı yulafın fərqli təsiri var: onlar daha yavaş həzm olunur, qlükoza səviyyəsini sabitləşdirməyə kömək edir və hətta onların azalmasına kömək edir. Bu yulafların tərkibində xolesterolu aşağı salmağa kömək edən beta-qlükan da daxil olmaqla daha çox lif var.

Tərcümə: Könül Oruc

E-saglam.az

Избранный
8
10
e-saglam.az

10Источники