27-28 dekabr 2025-ci il tarixlərdə Tovuz Olimpiya İdman Kompleksində Tovuz rayonu üzrə gənclər və idman sektorunun və Tovuz təhsil sektorunun birgə təşkilatçılığı ilə 31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününə həsr olunmuş 2010-2011-ci il təvəllüdlü oğlanlar arasında voleybol üzrə rayon turniri keçirilib.
Rekord.az xəbər verir ki, turnirə Ümummilli Lideri Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilnəsi ilə başlanılıb, Dövlət Himni səsləndirilib.
Turnirdə 10 məktəb komandasından 120 nəfər gənc iştirak edib. Qalib komandalar Qazax-Tovuz Regional Gənclər və İdman İdarəsinin diplom və medalları ilə təltif olunublar.