Albaniya Superkubokunun qalibi bəlli olub.
İdmanxeber.az xəbər verir ki, həlledici oyunda Azərbaycan millisinin müdafiəçisi Zamiq Əliyevin formasını geyindiyi “Eqnatiya” komandası “Dinamo Tirana” ilə qarşılaşıb.
Görüş Tirana təmsilçisinin 3:1 hesablı qələbəsi ilə yekunlaşıb. Beləliklə, “Eqnatiya” Superkuboku qazanmaq fürsətini əldən verib.
Qeyd edək ki, Zamiq Əliyev bu qarşılaşmanın iştirak ərizəsinə daxil edilməyib.