RU

Əməkdar artistin bədəni çürüyür Plastik əməliyyat FACİƏSİ

Lent az portalından verilən məlumata əsasən, ain.az bildirir.

Plastik cərrah, Səhiyyə Nazirliyinin eksperti Vüqar Ələkbərovla bağlı Baş Prokurorluqda yenidən araşdırma aparılır. 

Lent.az xəbər verir ki, Aztimes.az saytının bununla bağlı yaydığı iddiada bildirilir ki, bu ilin aprel ayında plastik cərrah kimi tanınan Vüqar Ələkbərov Bakı şəhərində fəaliyyət göstərən “Universal Hospital”da tanınmış xanım müğənnilərdən birinin üzərində sinə kiçiltmə əməliyyatı aparıb. Mənbənin bildirdiyinə görə, araşdırma yekunlaşana qədər adının açıqlanmasını istəməyən müğənninin əməliyyatdan sonra vəziyyəti gözlənilən kimi olmayıb. Belə ki, əməliyyatdan sonra qadının sinə nahiyəsində nikrozlaşma (çürümə) müşahidə olunub, qısa müddət ərzində sinənin forması dəyişib və estetik baxımdan ciddi deformasiya yaranıb.

İddialara əsasən, yaranan problemin aradan qaldırılması üçün müğənni dəfələrlə həkimə müraciət edib. Vüqar Ələkbərovun sinəni bərpa edəcəyinə dair vəd verdiyi, lakin bu vədin yerinə yetirilmədiyi bildirilir. Tərəflər arasında konflikt yaranıb və nəticədə xanım müğənni məsələ ilə bağlı Baş Prokurorluğa rəsmi şikayət ünvanlayıb. Hazırda daxil olan məlumata görə, Vüqar Ələkbərov barəsində hüquqi araşdırma aparılır və faktlar müvafiq qurumlar tərəfindən yoxlanılır.

Həkim "Qafqazinfo"ya açıqlamasında bildirib ki, deyilənlər şər-böhtandır, yayılan çürüyən bədən görüntülərini müğənniyə aid deyil, internetdən əldə edilib.

Eyni zamanda bədənində çürümə getdiyi deyilən ifaçının da kimliyi haqda məlumat əldə etdik. Araşdırmalar davam etdiyindən onun adını açıqlamırıq. 58 yaşlı Əməkdar artist isə bildirib ki, V.Ələkbərov daha əvvəl də başqa şəxsləri, eləcə də çoxsaylı tanınmışları uğursuz əməliyyat edib.

O, məsələ ilə bağlı hələlik adının hallanmasını istəmədiyini təkrarlayıb.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Избранный
16
20
lent.az

10Источники