RU

Raul Qonsalez: “Lamin Yamal İspaniya millisinin əsas fiquru olmayacaq”

ain.az, Idman.biz portalına istinadən məlumatı açıqlayır.

Madrid “Real”ının sabiq hücumçusu Raul Qonsalez “Barselona”nın forvardı Lamin Yamalın 2026-cı il dünya çempionatında İspaniya millisinin əsas fiquru olmayacağını bildirib.

İdman.Biz xəbər verir ki, R.Qonsalez bu barədə AS saytına açıqlamasında bildirib.

Raul gənc futbolçunun istedadına baxmayaraq, hələ komandanın yükünü təkbaşına daşıyacaq səviyyədə olmadığını düşünür.

Onun sözlərinə görə, Yamal gələcəkdə millinin vacib oyunçusuna çevriləcək, lakin hazırda əsas rol daha təcrübəli futbolçulara məxsusdur.

Raul qeyd edib ki, gənc hücumçu daim komandaya kömək etmək məcburiyyətində qalmamalıdır.

Keçmiş ulduz futbolçu Yamal həm klubunda, həm də millidə böyük potensiala malik olduğunu artıq sübut edib.

Raul Yamalı ilk dəfə “Santyaqo Bernabeu” stadionunda Braziliya ilə yoldaşlıq oyununda canlı izlədiyini və onun fərqli səviyyədə çıxış etdiyini xatırladıb. Bununla belə, sabiq hücumçu Yamalın hələ uyğunlaşma prosesindən keçdiyini deyib. Raulun fikrincə, gənc futbolçunun üzərində işləməli olduğu məqamlar var.

İdman.Biz

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Избранный
29
1
icma.az

2Источники