Ukrayna Prezidenti Volodimir Zelenski ABŞ Prezidenti Donald Trampla görüşdən sonra Avropa liderləri ilə də danışıqlar aparacağını bildirib.
Vətəninfo.az xəbər verir ki, Zelenski qeyd edib ki, Ukrayna bir sıra tərəfdaşları ilə diplomatik kanallar vasitəsilə əlaqə saxlayaraq əsas prioritetləri müzakirə edib. O, Rusiyanın Kiyevə dron və raket hücumlarından sonra müttəfiqləri ilə təmaslarını artırıb.
Zelenski Donald Trampla görüşdən öncə Kanadaya səfər edərək Mark Karni ilə danışıqlar aparıb. Daha sonra Avropa İttifaqı, NATO və bir neçə Avropa ölkəsinin liderləri ilə əlaqə saxlayaraq onlara mövcud vəziyyət barədə məlumat verib. Almaniya kansleri Fridrix Merts bildirib ki, Avropa liderləri Zelenskiyə dəstək verəcəklərini ifadə ediblər.
Avropa Komissiyasının sədri Ursula fon der Leyen sosial mediada paylaşım edərək Ukraynanın suverenliyini və ərazi bütövlüyünü qoruyan ədalətli və davamlı sülhü dəstəklədiklərini vurğulayıb.