RU

Gürcüstanın keçmiş baş prokuroru qətlin təşkilində ittiham olunur » AzadMedia.az

Gürcüstanın

Gürcüstanın keçmiş baş prokuroru Otar Partsxaladze Levan Canqveladzenin qətlə yetirilməsi işi üzrə məsuliyyətə cəlb olunub. Bu barədə Gürcüstanın daxili işlər nazirinin müavini Aleksandre Daraxvelidze brifinqdə bildirib.

Onun sözlərinə görə, istintaqla Partsxaladzenin cinayətkar qrupun başçısı kimi Levan Canqveladzenin qəsdən öldürülməsinə rəhbərlik etdiyi müəyyən edilib.

Sabiq baş prokuror qəsdən adam öldürmənin təşkilində ittiham olunur. Bu cinayət əməlinə görə 16 ildən 20 ilədək və ya ömürlük həbs cəzası nəzərdə tutulur.

Gürcüstanın Baş Prokurorluğu Partsxaladze barəsində həbs qətimkan tədbirinin seçilməsi üçün qanunla müəyyən edilmiş müddət ərzində məhkəməyə müraciət edəcək və onunla bağlı beynəlxalq axtarış elan olunacaq.

Qeyd edək ki, Levan Canqveladze iş adamı olub, bu ilin martın 14-də Tbilisidə qətlə yetirilib. O, kriminal avtoritet Merab Suxumskinin qardaşı idi.

Xatırladaq ki, Otar Partsxaladze Gürcüstanın baş prokuroru vəzifəsini 2013-cü ildə tutub. O, həmin ilin noyabrın 7-də bu vəzifəyə təyin olunub, dekabrın 30-da istefa verib.

Избранный
16
10
azadmedia.az

10Источники